Ayxandan yubiley qolu

13:19 - 21 Oktyabr 2023

“Turan Tovuz” Azərbaycan çempionatlarında 50-ci qolunu vurub.

Sportal.az xbər verir ki, qərblilərin yubiley qoluna Ayxan Quseynov imza atıb.

O, Misli Premyer Liqasının X turunun “Qarabağ”la ev matçında fərqlənib. 2:2 hesabı ilə başa çatan qarşılaşmada son qolu vuran Ayxan Tovuz klubunun “50”yə 46-cı matçda çatmasına töhfə verib. Qərblilərin məhsuldarlığı 1,09-a bərabərdir.

“Turan Tovuz” yarışın tarixinə ən azı 50 qol vuran 43-cü komanda kimi düşüb. Tovuzun Premyer Liqadakı ikinci təmsilçisi olan “Turan Tovuz”un ilk qolu ötən mövsümə təsadüf edib. 2022-ci il avqustun 13-də “Səbail”lə səfər matçında Natan Oduva qələbə qoluna imza atıb – 1:0.

Xəbər xətti