"Turan Tovuz" bəyanat yaydı: "Ədalətli qərarlar istəyirik!" - VİDEO

14:44 - 21 Oktyabr 2023

"Turan Tovuz" Azərbaycan Premyer Liqasının X turunda "Qarabağ"la keçirilən maçtdan sonra hakim qərarı ilə bağlı etiraz bəyanatı yayıb.

Sportal.az xəbər verir ki, klub bəyanatda öz narazılığını ifadə edib:

“Turan Tovuz” PFK olaraq Premyer Liqada keçirdiyimiz ilk oyundan bugünədək heç vaxt hakimliklə bağlı haqlı və ya haqsız irad və etiraz bildirməmişik. Lakin mövsümün gedişində bir neçə dəfə bütün futbol ictimaiyyətinin də bizimlə həmfikir olduğu haqsızlıqlarla üzləşmişik. Verilməyən penalti, sayılmayan qol, futbolçularımıza verilən lakin rəqiblərə göz yumulan vərəqələr gərgin keçən çempionatda qızıla bərabər olan xallarımızın itirilməsi ilə nəticələnir. Bu səhvlərin VAR sisteminin tətbiq edildiyi məqamda təkrarlanması bizi daha da narahat edir. Gənc hakimlərin təyinatını hər zaman alqışlamışıq və onların futbolumuzun inkişafında öz töhvələrini verəcəyinə inanmışıq. Son oyunlarda əleyhimizə verilən ardıcıl qərarlar ilk dəfə hakimliklə bağlı etiraz etməyimizə səbəb olur. Belə səhvlərlə bir çox oyunda qarşılaşsaq da sadəcə son oyundan videogörüntüləri təqdim edirik. Bütün rəqiblərə hörmətlə yanaşırıq hər hansı üstünlük, ayrıcalıq tələb etmirik, təmiz futbol, ədalətli qərarlar istəyirik!"

Klub bir neçə epizodla bağlı açıqlama tələb edib:

1. Topu aşkar şəkildə rəqibə vurmaq sarı vərəqə deyilmi?
2. VAR sistemi olmasına baxmayaraq top havada ikən hakimin fit çalması və təmiz qolu qeydə almaması nə dərəcədə doğrudur?
3. Qapımıza vurulan ikinci qoldan öncə Belajdi Pusiyə qarşı edilən hərəkət cərimə zərbəsi deyilmi?

Xəbər xətti