Rusiya Basayevi tərifləyən MMA döyüşçüsünü həbs etdi - FOTO

12:44 - 23 Oktyabr 2023

MMA döyüşçüsü İlyas Yakubov çeçen səhra komandiri Şamil Basayevin ifadələri ilə video hazırladıqdan sonra terrora haqq qazandırmaqda ittiham olunub.

Sportal.az xəbər verir ki, bu barədə “112” məlumat yayıb.

“Rusiyada 1 nömrəli terrorçu siyahısında olan şəxsin sözlərini işlətdiyini anlayan Yakubov materialı silib. Lakin buna baxmayaraq, o, saxlanılıb və ona qarşı ittiham irəli sürülüb”, - məlumatda deyilir.

Qeyd olunur ki, paytaxtın İstintaq Komitəsi idmançının həbs olunmasını məhkəmədən tələb etməyi planlaşdırır.

(Buta.TV)


Xəbər xətti