Ramazanovun durumuna aydınlıq gəldi

17:18 - 6 Noyabr 2023

Azərbaycan Premyer Liqasının 12-ci turunun "Turan-Tovuz"la oyununda kəllə-beyin zədəsi alan "Səbail"in kapitanı Ağabala Ramazanovun durumuna aydınlıq gəlib.

Sportal.az xəbər verir ki, yarımmüdafiəçi hələ də xəstəxanadadır.

Belə ki, həkimlər onun daha bir müddət nəzarətdə qalmalı olduğunu bildiriblər.

Ramazanovun ümumi durumu isə kifayət qədər stabildir.

Xəbər xətti