"Zenit" "Neftçi" ilə matça itkilərlə çıxacaq

13:55 - 16 Noyabr 2023

Rusiyanın "Zenit" klubu Bakıda "Neftçi" ilə yoldaşlıq oyunu keçirəcək.

Sportal.az xəbər verir ki, Sankt-Peterburq təmsilçisi qarşılaşmaya itkilərlə çıxacaq. Rusiya çempionunun iki futbolçusu "ağ-qaralar"a qarşı oynamayacaq.

Hücumçu Mateo Kassyerra və yarımmüdafiəçi Aleksandr Eroxin zədə səbəbindən "Neftçi" ilə matçda forma geyə bilməyəcək. Bu barədə komandanın baş məşqçisi Sergey Semak məlumat verib.

Qeyd edək ki, "Neftçi" - "Zenit" qarşılaşması 18 noyabr tarixində saat 21:00-da "Neftçi Arena"da baş tutacaq.

Xəbər xətti