"Turan Tovuz"dan hakimliyə etiraz: "VAR nə üçün var?"

12:21 - 11 Dekabr 2023

"Turan Tovuz" Azərbaycan Premyer Liqasının 16-cı turunda səfərdə "Neftçi"yə 2:3 hesabı ilə məğlub olub.

Sportal.az xəbər verir ki, qərb bölgəsi təmsilçisi matçda hakim idarəçiliyindən narazı qalıb. "Turan Tovuz" paytaxt təmsilçisinin üçüncü qolundan əvvəl qayda pozuntusu olduğunu iddia edir.

Tovuz klubunun mətbuat xidməti bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib. Paylaşımda bu ifadələr qeyd olunub: "Qapımıza vurulan üçüncü qol. VAR nə üçün var? Epizodu sizin ixtiyarınıza buraxırıq!"

Xəbər xətti