"Turan Tovuz" - "Araz-Naxçıvan" matçının biletləri satışda

19:59 - 22 Dekabr 2023

Azərbaycan Premyer Liqasının XVIII turunda sabah keçiriləcək "Turan Tovuz" - "Araz-Naxçıvan" oyununun biletləri satışa çıxarılıb.

Sportal.az xəbər verir ki, biletləri bu gündən etibarən Tovuz şəhər stadionunun kassasından və şəhərin mərkəzində yerləşən satış məntəqəsindən əldə edə bilərsiniz. 2 AZN-lik biletlərlə yanaşı məhdud sayda olan 5 AZN-lik VİP biletlər də satışdadır.

Oyun 23 dekabr tarixində, saat 16:00-da Tovuz şəhər stadionunda baş tutacaq.

Xəbər xətti