"Turan Tovuz" Türkiyəyə gedəcək

16:30 - 25 Dekabr 2023

“Turan Tovuz” mövsümün ikinci yarısına hazırlığını Türkiyədə keçirəcək.

Sportal.az xəbər verir ki, komanda yanvarın 3-də Antalyaya yollanacaq. Lara bölgəsində məskunlaşacaq “Turan Tovuz” yanvarın 17-dək burada hazırlığını davam etdirəcək.

3 yoxlama oyunu nəzərdə tutulub. Rəqiblərin adı isə hələlik açıqlanmayıb.

Qeyd edək ki, “Turan Tovuz” mövsümün ilk yarısını 22 xalla 7-ci pillədə başa vurub.

Xəbər xətti