"Turan Tovuz"un rəqibləri məlum oldu

17:15 - 2 Yanvar 2024

Mövsümün ikinci hissəsinə hazırlıq məqsədi ilə Türkiyəyə yollanacaq əsas "Turan Tovuz"un yoxlama görüşlərindəki rəqibləri məlumdur. 

Sportal.az xəbər verir ki, yanvarın  17-dək Antalyada hazırlığını davam etdirəcək qərb bölgəsi təmsilçisi ilk yoxlama oyununa 9 yanvar tarixində çıxacaq. Rəqib Rumıniya yüksək liqa təmsilçisi “Voluntari” olacaq. 

Hazırlıq çərçivəsində növbəti oyunlar isə 15 yanvar tarixində keçiriləcək. Həmin gün baş məşqçi Ayxan Abbasov 2 oyunda komandanı sınaqdan keçirəcək. Günün ilk matçında komanda Macarıstan təmsilçisi “Şiofok”la qarşılaşacaq. İkinci oyundakı rəqib isə Özbəkistan yüksək liqa təmsilçisi “Nasaf” olacaq.

Xəbər xətti