"Tottenhem"də yeni müqavilə

20:33 - 2 Yanvar 2024

İngiltərənin "Tottenhem" klubunda yeni müqavilə qeydə alınıb.

Sportal.az xəbər verir ki, London təmsilçisi Pape Matar Sarrın sözləşməsini uzadıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

21 yaşlı dayaq yarımmüdafiəçisi 2030-cu ilin yayına kimi Premyer Liqa klubuna məxsus olacaq.

Qeyd edək ki, "Tottenhem" Pape Matar Sarrı 2022-ci ilin yayında "Mets"dən transfer edib. Seneqal millisinin üzvü cari mövsümdə paytaxt təmsilçisinin heyətində meydana çıxdığı 19 rəsmi matçda 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti