Ukraynalı hücumçu İspaniyada ən yaxşı seçildi

13:30 - 6 Yanvar 2024

İspaniya La Liqasında 2023-cü ilin dekabr ayının ən yaxşı oyunçusu müəyyənləşib.

Sportal.az xəbər verir ki, geridə qalan ayın ən yaxşısı adına "Jirona"da çıxış edən Artyom Dovbik layiq görülüb. Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, "Jirona" Artyom Dovbiki mövsümün əvvəlində "Dnepr-1"dən transfer edib. 26 yaşlı ukraynalı hücumçu dekabr ayında La Liqada meydana çıxdığı 4 matçda 4 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti