"Atletiko" aşağı liqa komandasını mübarizədən kənarlaşdırdı - VİDEO

21:59 - 6 Yanvar 2024

İspaniya Kral Kubokunda 1/32 final mərhələsinin oyunları keçirilir.

Sportal.az xəbər verir ki, bu gün "Atletiko" səfərdə "Luqo"nun qonağı olub. Aşağı liqa təmsilçisini 3:1 hesabı ilə məğlub edən madridlilər növbəti raunda yüksəlib.

"Luqo" - "Atletiko" 1:3
Qollar:
Antonetti, 39 - Korrea, 2, Depay, 66, 74

Xəbər xətti