Karlo Ançelotti: "Ardanın möhtəşəm xarakteri var"

12:18 - 7 Yanvar 2024

Arda Güler "Real"ın heyətində ilk rəsmi oyununa çıxıb.

Sportal.az xəbər verir ki, türk futbolçu İspaniya Kral Kuboku 1/32 final mərhələsinin "Arandina" ilə matçına (3:1) start heyətdə başlayıb və 59 dəqiqə meydanda olub.

Madrid təmsilçisinin baş məşqçisi Karlo Ançelotti qarşılaşmadan sonra Arda haqda danışıb. İtalyan mütəxəssis 18 yaşlı yarımmüdafiəçi haqda xoş sözlər səsləndirib:

"Arda Güler yavaş-yavaş səviyyəsini yüksəldəcək. Meydanda keyfiyyətini göstərdi. Vacib olan zədədən qayıtması idi. Onun möhtəşəm xarakteri var. Bu, "Real"da çox önəmlidir".

Xəbər xətti