"Turan Tovuz" Türkiyədə ilk matçına çıxır

13:17 - 9 Yanvar 2024

Mövsümün ikinci yarısına Türkiyədə hazırlaşan “Turan Tovuz” bu gün ilk yoxlama oyununa çıxacaq.

Sportal.az xəbər verir ki, baş məşqçi Ayxan Abbasov Rumıniya klubu “Voluntari” ilə matçda komandasını sınaqdan keçirəcək.

“Topkapı Sport Center”in meydanında təşkil olunacaq qarşılaşma saat 16:00-da start götürəcək.

Tovuz təmsilçisi yanvarın 15-də daha iki oyun keçirəcəklər. Komanda həmin gün Macarıstanın “Şiofok” və Özbəkistanın “Nasaf” kollektivi ilə üz-üzə gələcək.

“Turan Tovuz” Premyer Liqanın ilk yarısından sonra 22 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb. Bölgə təmsilçisi yanvarın 22-də 19-cu turun matçında “Kəpəz”lə qarşılaşacaq.

Xəbər xətti