Qrizmann "Atletiko"nun tarixinə düşdü

13:54 - 11 Yanvar 2024

Antuan Qrizmann "Atletiko"nun tarixinə adını yazdırıb.

Sportal.az xəbər verir ki, fransalı hücumçu Madrid təmsilçisinin heyətində ən çox qol vuran futbolçu olub.

32 yaşlı forvard İspaniya Super Kubokunun yarımfinalında “Real"a qarşı matçda fərqlənib. Bununla da, Qrizmann "Atletiko"nun heyətində 174-cü qolunu vuraraq, Luis Araqonesi (173 qol) keçib. Üçüncü yeri Adrian Eskudero (169 qol) tutur.

Xəbər xətti