"Neftçi"nin iki futbolçusu "Turan Tovuz"da - RƏSMİ

15:57 - 19 Yanvar 2024

"Turan Tovuz" heyətini iki futbolçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, qərb bölgəsi təmsilçisi "Neftçi"dən Fərid Yusifli və İsmayıl Zülfüqarlını icarəyə götürüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Hər iki oyunçu mövsümün sonuna kimi "Turan Tovuz"un şərəfini qoruyacaq.

Xəbər xətti