Premyer Liqa klubunun iki futbolçusu təcavüzə görə saxlanıldı

12:57 - 24 Aprel 2024

İngiltərə Premyer Liqasında çıxış edən iki futbolçu təcavüzdə şübhəli bilinərək saxlanılıb.

Sportal.az xəbər verir ki, ehtimal olunan cinayət aprelin 19-da, axşam saatlarında baş verib. Bu barədə "Daily Mail" nəşri məlumat yayıb.

Hər iki futbolçunun 19 yaşında olduğu və onların eyni klubda çıxış etdiyi bildirilir. Oyunçular klublarının stadionunun yaxınlığında saxlanılıb. Futbolçular polisə ifadə verib və istintaqa qədər zaminə buraxılıb.

Xəbər xətti