"Barselona" aparıcı futbolçusunu satacaq

14:58 - 24 Aprel 2024

"Barselona" müdafiəçi Ronald Arauxonu satışa çıxarıb.

Sportal.az xəbər verir ki, Kataloniya təmsilçisi əsas oyunçularından birini satmaq məcburiyyətində qalıb. Bu barədə "Sport" nəşri məlumat yayıb.

"Barselona" maliyyə feyr-pley qaydalarına əməl etmək üçün 100 milyon avroluq satış etməlidir. Klub rəhbərliyi buna görə də uruqvaylı mərkəz müdafiəçisini satmaq qərarı verib. La Liqa nəhəngi 25 yaşlı futbolçu üçün gələn 100 milyon avrodan yuxarı təklifi dəyərləndirəcək.

Qeyd edək ki, "Barselona" Ronald Arauxonu 2018-ci ilin yayında "Boston River"dən transfer edib. Uruqvay millisinin üzvü bu mövsüm İspaniya təmsilçisinin heyətində meydana çıxdığı 34 rəsmi matçda 1 qol vurub.

Xəbər xətti