"Futbolçular başa düşməlidir ki, belə davam edə bilməz"

13:34 - 25 Aprel 2024

"Araz-Naxçıvan"ın kapitanı Orxan Əliyev Sportal.az saytına açıqlama verib.

O, komandasının Premyer Liqanın 31-ci turu çərçivəsində "Səbail"ə (0:2)məğlubiyyətini şərh edib:

"Əslində, biz pis oynamadıq. Qol epizodlarımız da var idi, oyunun çox hissəsində topa nəzarət edən tərəf idik. Lakin səhvlərə yol verdik və rəqib də qollarını vurduq. Futbolda belə hallar baş verir. "Səbail"lə mövsüm ərzində dörd dəfə qarşılaşdıq, onları məğlub da edə bilərdik. Amma bərabərə də qalmışıq".

Əliyev, komandasının "qara zolaq"da olduğunu və bir qələbəyə ehtiyac duyduqlarını söyləyib: "Qara zolaq"dayıq və bizə buradan çıxmaq cəmi bir qələbə lazımdır. Qələbə qazanmaq üçün xarakter göstərmək lazımdır. Futbolçular başa düşməlidir ki, belə davam edə bilməz. Üç xala görə sona qədər və maksimum güc sərf etmək lazımdır".

Sonda isə "Araz-Naxçıvan"ın kapitanı Premyer Liqanın 32-ci turunda qarşılaşacaqları "Zirə" ilə matçda qələbə qazanmaq istədiklərini deyib:

"Zirə" yaxşı komandadır. Biz bunu yaxşı bilirik. Azərbaycan Premyer Liqası elədir ki, hansı komandanın qalib gələcəyini demək olmur. "Zirə" ilə matçda qələbə qazanmaq üçün oynayacağıq. Sona 5 tur qalıb. Əlimizdən gələni edəcəyik".

Xəbər xətti