Juninyo: "Qarabağ"da arxayınçılıq ola bilməz, Qurban Qurbanov buna imkan verməz"

19:23 - 25 Aprel 2024

"Qarabağ"ın forvardı Juninyo Olavio Azərbaycan Kubokunun yarımfinal mərhələsinin "Neftçi" ilə (4:1) cavab görüşündən sonra "CBC Sport"a açıqlama verib.

Sportal.az xəbər verir ki, Ağdam klubunun hücumçusu komandasının "Neftçi" ilə görüşünü şərh edib:

"Qarabağ" - "Neftçi" görüşləri "klassiko"dur. Bu oyunda əlavə nəsə deməyə ehtiyac yoxdur. Qələbə qazanıb finala çıxdıq. Buna görə də, özümüzü çox xoşbəxt hiss edirik. Mən özüm isə bütün oyunlara eyni yanaşıram. Amma düzü, "klassiko"da vurulan qolların dadı başqa cür olur. "Neftçi"yə qarşı xüsusi hazırlaşmamışdım. Sadəcə oyunun, axarından , gedişatından çox şey asılı olur. Bu görüşdə də qol vurduğum üçün xoşbəxtəm".

"Qarabağ" ölkə kubokunun finalında "Zirə" ilə qarşılaşacaq. Juninyo həlledici görüş haqda da fikirlərini söyləyib: "Zirə" də yaxşı komandadır. Final bir oyundan ibarətdir. Hansı komanda daha hazırlıq olacaqsa, daha yaxşı olacaqsa, hansı komanda oyuna yaxşı köklənəcəksə, o tərəf də qələbə qazanacaq. Bu oyunda isə qətiyyən arxayınçılıq ola bilməz. Qurban Qurbanov buna imkan verməz. Final matçına yaxşı köklənəcəyik".

Qeyd edək ki, ölkə kubokunun final görüşü "Qarabağ" və "Zirə" komandaları arasında keçiriləcək. Həlledici oyun iyunun 2-də "Liv Bona Dea Arena"da baş tutacaq. Matçın başlama saatı hələ bəlli deyil.

Mirbağırağa

Xəbər xətti