"Qalatasaray"da ciddi itki: "Adana Demirspor"a qarşı oynamayacaq

18:14 - 25 Aprel 2024

"Qalatasaray" Türkiyə Super Liqasının 34-cü turunda səfərdə "Adana Demirspor"un qonağı olacaq.

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi oyuna ciddi itki ilə çıxacaq.

"sarı-qırmızılar"ın futbolçusu Vilfred Zaha zədəlidir. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 31 yaşlı vinger Adana səfərinə aparılmayıb.

"Adana Demirspor" - "Qalatasaray" qarşılaşması sabah Bakı vaxtilə saat 21:00-da start götürəcək.

Qeyd edək ki, Vilfred Zaha bu mövsüm "Qalatasaray"ın heyətində meydana çıxdığı 39 rəsmi matçda 10 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti