"Çelsi" Poçettino ilə bağlı qərar verdi

20:47 - 25 Aprel 2024

"Çelsi" rəhbərliyi Maurisio Poçettino ilə bağlı qərarını verib.

Sportal.az "Times"a istinadən xəbər verir ki, komanda avrokuboklara çıxacağı təqdirdə argentinalı baş məşqçi postunda qalacaq.

Bu baş verməsə, Poçettino istefaya göndəriləcək. 52 yaşlı mütəxəssisin müqavilə müddəti 2025-ci il iyunun 30-na qədərdir.

“Çelsi” Premyer Liqada 33 turdan sonra 47 xalla 9-cu pillədədir.

Xəbər xətti