Azərbaycan çempionatı: müntəzəm mövsümə yekun vuruldu

21:17 - 28 Aprel 2024

Bu gün Azərbaycan Basketbol Liqasında müntəzəm liqaya yekun vurulub.

Sportal.az xəbər verir ki, Xaçmazda keçirilmiş görüşdə "NTD-İndiqo" "Şəki"yə qalib gəlib.

Xaçmaz təmsilçisi rəqibini 85:70 hesabı ilə məğlub edib.

Belədə, "NTD-İndiqo" pley-off mərhələsinə birbaşa vəsiqə qazanıb. Qeyd edək ki, müntəzəm mövsümün qalibi "Sabah" olub.

27 aprel
XVIII tur
"NTD-İndiqo" - "Şəki" 85:70 (16:13, 27:20, 17:20, 25:17)
Xaçmaz Olimpiya İdman Kompleksi

Xəbər xətti