98 yaşlı klub Superliqaya yüksəldi - VİDEO

11:34 - 29 Aprel 2024

“Eyüpspor”un ardından Türkiyə Superliqasına vəsiqə qazanan ikinci komandanın adına da aydınlıq gəlib.

Sportal.az xəbər verir ki, “Göztepe” birinci liqanın 32-ci turunda “Gənclərbirliyi”nə 2:0 hesabı ilə qalib gələrək aktivindəki xalların sayını 66-a çatdırıb və üçüncü yerdəki “Sakaryaspor” üçün əlçatmaz olub.

Qeyd edək ki, “Göztepe” 2021/2022 mövsümündə Superliqada mübarizə aparmış və sonda birinci liqaya düşmüşdü.

Xəbər xətti