"Traktor"dan səfər qələbəsi

12:55 - 7 May 2024

Futbol üzrə İran çempionatında 26-cı turun görüşləri keçirilib.

Sportal.az xəbər verir ki, Cənubi Azərbaycanın "Traktor" klubu səfərdə "Fulad"ın qonağı olub. Qarşılaşma Təbriz təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 44-ə yüksəldən "Traktor" turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

Xəbər xətti