"Liverpul"un istədiyi məşqçi klubunda qalacaq

13:33 - 7 May 2024

"Liverpul"un baş məşqçi postuna gətirmək istədiyi Ruben Amorim gələcəyi ilə bağlı qərar verib.

Sportal.az xəbər verir ki, 39 yaşlı mütəxəssis hazırki klubu "Sportinq"də qalacaq. Gənc məqşçi bu barədə özü açıqlama verib.

Mövsümün bitməsinə 2 tur qalmış Portuqaliya çempionluğunu qazanmış komandanın baş məşqçisi Lissabon təmsilçisində daha çox titullar qazanmaq istədiyini bildirib.

Qeyd edək ki, Ruben Amorim 2020-ci ilin mart ayından "Sportinq"i çalışdırır. Komanda onun rəhbərliyi altında iki dəfə ölkə çempionu olub.

Xəbər xətti