"Sabah"ın baş məşqçisi: "Səhvlərimiz olsa da, qələbə istəyi məni razı saldı"

10:34 - 8 May 2024

"Sabah" Azərbaycan Basketbol Liqasının pley-off mərhələsinin ilk yarımfinalında "Xırdalan"a 101:85 qalib gəlib.

Sportal.az xəbər verir ki, ölkə çempionunun baş məşqçisi Rimas Kurtinaytis həmin qələbəni bu cür şərh edib: 

"Oyuna yaxşı başladıq. Təmkinli oynayaraq görüşün gedişatına tam nəzarət etdik. Səhvlərimiz olsa da, basketbolçularımızın oyuna yaxşı köklənməsi, qələbə istəyi məni razı saldı. Lakin hələ heç nə bitməyib. İlk oyunda qazanılan qələbə bəzən aldadıcı ola bilər. Bəlkə də bu fərqlə qələbə qazanmağımız yaxşı olmadı. Arxayınlaşmaq olmaz. "Xırdalan" seriyanı üçüncü oyuna aparmaq üçün əlindən gələni edəcək. Amma biz də bu təzyiqə hazır olmalıyıq".

Xəbər xətti