"Real" Çempionlar Liqasının finalında

01:10 - 9 May 2024

Çempionlar Liqasında yarımfinal mərhələsinə yekun vurulub.

Sportal.az xəbər verir ki, bu gün "Real" doğma meydanda "Bavariya"nı qəbul edib. Matç Madrid təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

İlk oyun 2:2 hesablı bərabərliklə başa çatdığı üçün "Real" finala yüksəlib.

Çempionlar Liqasında "Real" Dortmund "Borussiya"sı ilə üz-üzə gələcək.

"Real" - "Bavariya" 2:1

Xəbər xətti