"Bavariya" 12 ildən sonra eyni nəticəni təkrarladı

10:42 - 9 May 2024

"Bavariya" Çempionlar Liqasının yarımfinal matçında "Real"a uduzaraq avrokuboklardan kənar qalıb.

Sportal.az xəbər verir ki, belədə, Münhen təmsilçisinin mövsümü kuboksuz başa vuracağı dəqiqləşib.

"Bavariya" son dəfə məhz 2012-ci ildə mövsümü kubok qazanmadan başa vurmuşdu. 12 ildən sonra Almaniya klubu şəxsi antirekordunu təkrarlamış olub.

Qeyd edək ki, münhenlilər Almaniya Bundesliqasında "Bayer"lə mübarizədən məğlub ayrılmışdı. 

Xəbər xətti