Almaniyalı mütəxəssis Ştefan Kuntz Azərbaycan millisinin baş məşqçi postu üçün AFFA-ya təklif edilib.
Sportal.az saytına verilən məlumata görə, həmin məşqçi AFFA-nın planlarına daxil deyil.
Belə ki, Türkiyə millisinin keçmiş baş məşqçisi millinin gələcək çalışdırıcısı üçün tələblərə cavab vermir.
AFFA-nın onu istəməməsinin səbəblərindən biri də, onun Türkiyə yığmasındakı uğursuz işidir.
Qeyd edək ki, gələn həftə AFFA İcraiyyə Komitəsinin iclası keçiriləcək və burada baş məşqçi mövzusu gündəmin əsas mövzusu olacaq.