Bu klubda mövsümün ən yaxşısı açıqlandı

11:49 - 9 May 2024

"Çelsi"də mövsümün ən yaxşı futbolçusunun adı açıqlanıb.

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Koul Palmer səsvermədə hamını qabaqlayıb.

Belədə, o, mövsümün ən yaxşısı seçilib. 

Palmer bu mövsüm 31 oyunda 21 qol, 9 asist edib. İngiltərə millisinin üzvünün "Çelsi" ilə müqaviləsi 2030-cu il iyunun 30-na qədərdir. 

22 yaşlı futbolçu "Mançester Siti"nin yetirməsidir və 2023-cü ildə "Çelsi"yə keçib.

Xəbər xətti