Karlo Ançelotti mübahisəli epizoddan danışdı

13:20 - 9 May 2024

Çempionlar Liqasının yarımfinal mərhələsinin "Real"la cavab matçının son dəqiqələrində"Bavariya"nın sayılmayan qolu mübahisələrə səbəb olub.

Sportal.az xəbər verir ki, Madrid təmsilçisinin baş məşqçisi Karlo Ançelotti bununla bağlı açıqlama verib. İtaliyalı mütəxəssis komandasının sayılmayan qolunun da qaydalar çərçivəsində olduğunu deyib:

"Bavariya" ofsayddan şikayet edir? Yaxşı, biz də Naçonun ləğv olunan qoluna görə narazıyıq. Çünki, Kimmix özünü yerə atdı".

Qeyd edək ki, "Real" iki oyunun nəticəsinə əsasən 4:3 hesablı üstünlük əldə edərək finala yüksəlib.

Xəbər xətti