"Kəpəz" "Neftçi"nin qarşısına 8 itki ilə çıxacaq

21:56 - 9 May 2024

"Kəpəz" Azərbaycan Premyer Liqasının 34-cü turunda səfərdə "Neftçi"nin qonağı olacaq.

Sportal.az xəbər verir ki, Gəncə təmsilçisi oyuna ciddi itkilərlə çıxacaq. "Sarı-göylər"in heyətində 8 itki var.

Junior Martins, Olavele Onanuqa, İqor Rodriqes və Rüfət Əhmədov cəzalı durumdadır. Giorgi Papunaşvili, Mate Kvirkiya, Amil Yunanov və Vüsal Məsimov isə zədəlidir.

Qeyd edək ki, "Neftçi" - "Kəpəz" qarşılaşması sabah saat 19:00-da"Neftçi Arena"da baş tutacaq.

Xəbər xətti