"Neftçi" "Qremio"da oynamış hücumçunu transfer edəcək

13:16 - 10 May 2024

"Neftçi" heyətinə yeni əcnəbi futbolçu cəlb bilər.

Sportal.az xəbər verir ki, “Topsport.bg” portalı “ağ-qaralar” “Levski”nin futbolçusu Rikardinyonu transfer etməkdə iddialıdır.

Belə ki, “Neftçi”nin Bolqarıstan klubunun 23 yaşlı braziliyalı hücumçusunu yayda heyətinə qatmağı planlaşdırdığı gözlənilir.

Lakin Sofiya klubunun rəhbərliyi onu Rikardinyo üçün 1 milyon avrodan aşağı məbləğə buraxmaq fikrində deyil. Braziliyalı “Qremio”, “Maritimo” və “Atletiko Qoyaniense”də oynadıqdan sonra 2023-cü ildə “Levski”yə keçib.

Xəbər xətti