“Neftçi” rusiyalı vingeri Reziuan Mirzovun agenti Aleksandr Klyuev müştərisinin Bakı təmsilçisi ilə iyunun 30-dək qüvvədə olan müqaviləsinin artırılması barədə danışıb.
Sportal.az xəbər verir ki, “Matç TV”yə danışan Klyuev yarımmüdafiəçinin mövsümün sonunda qərar verəcəyini söyləyib:
“Mirzovun “Neftçi” ilə müqaviləsi həqiqətən başa çatır. İndi Azərbaycan çempionatının son oyunları olacaq və bundan sonra vəziyyətə baxacağıq. Hələlik əlavə etmək üçün heç nə yoxdur”. Bu mövsüm yarımmüdafiəçi 24 oyun keçirib, 1 qol vurub və bir məhsuldar ötürmə edib.
saytlarin hazirlanmasi