"İmişli" autsayderlə bacarmadı - VİDEO

21:12 - 16 May 2024

Futbol üzrə Azərbaycan I Liqasında XXVI turun oyunları keçirilib.

Sportal.az xəbər verir ki, bu gün "İmişli" səfərdə "Araz Saatlı"nın qonağı olub. Qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

26 turdan sonra 47 xal toplayan "İmişli" turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. 13 xalı olan "Araz Saatlı" isə sonuncu yerdədir.

"Araz Saatlı" - "İmişli" 2:1
Qollar: 
Sequn Omotoşo, 64, 69 - Xəqani Sadıxov, 89
Qırmızı vərəqə: Gilyerme Silva, 87

 

Xəbər xətti