AFFA Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuşdan narazıdır.
Sportal.az xəbər verir ki, buna səbəb isə portuqaliyalının rəhbərlik etdiyi yığmamızın uğursuz nəticələri və gələcəyə ümid verməyən oyunudur.
Federasiya rəhbərliyi hətta DÇ-2026-nın seçmə mərhələsinin startından əvvəl Fernandu Santuşla işbirliyinə son qoymağı da götür-qoy edəcək.
Belə ki, millimiz Latviya və Macarıstana qarşı keçiriləcək yoxlama görüşündə uğursuz nəticə, perspektivsiz oyun göstərsə, rəhbərlik təcrübəli məşqçinin müqaviləsinə vaxtından əvvəl xitam verə bilər. Fernandu Santuşun AFFA ilə müqavilə müddəti 2027-ci ilə qədərdir.
Qeyd edək ki, Azərbaycan millisi iyunun 7-də Riqada Latviyanın qonağı olacaq. Dörd gündən sonra isə yığmamız Bakıda Macarıstan millisini qəbul edəcək.
saytlarin hazirlanmasi