Rusiya klubunun üzvü: "Özümü Azərbaycanın əsas millisinin formasında təsəvvür edirəm" - MÜSAHİBƏ

11:46 - 20 May 2025

Rusiyanın "SKA-Xabarovsk" klubunun futbolçusu Sadiq Baqiyev Azərbaycanın U-21 yığmasına dəvət ediləcək. Sportal.az saytına müsahibə verən həmyerlimiz əsas millimizdə oynamaq istəyindən də söhbət açıb.

- Mövsümün sonuna 2 tur qalıb. Komanda Premyer Liqa şanslarını itirdi. Mövsüm sizin üçün necə keçdi? Yəqin ki, əsas hədəf Premyer Liqaya vəsiqə qazanmaq idi?

Məncə, hələ də şansımız var. Amma təbii ki, 5-ci pillə pley-off oyunları oynayacaqsa, belədir. Düzünü deyim də, mövsümün əvvəlində heç kim Premyer Liqaya çıxmaq uğrunda mübarizə aparacağımızı fikirləşmirdi. Əvvəldə bu cür hədəf yox idi. Amma komanda yaxşı mübarizə apardı.

- Bu sezon özün üçün necə keçdi? Az oynayacağını ehtimal edirdin? Yəqin ki, zaman keçdikcə daha çox oyun şansı tapacaqsan?

Təbii ki, burada daha çox oynamaq şansı tapmağın çətin olacağını başa düşürdüm. Amma “SKA-Xabarovsk”a keçidim yeni səviyyəyə qədəm qoymaq idi. Əlbəttə, daha çox oynamaq istəyərdim. Fikrimcə, zamanla hər şey qaydasına düşəcək.

- Maraqlıdır, sənə Rusiya və ya Azərbaycan klublarından təkliflər var? Yayda komandanı tərk edəcəksən?

- Mənim “SKA-Xabarovsk”la müqaviləm var. Mövsümün qalan hissəsinə hazırlaşıram.

- Ümumiyyətlə, gələcək karyerasını Rusiya Premyer Liqasında, yoxsa Azərbaycan Premyer Liqasında təsəvvür edirsən, xəyal edirsən? Azərbaycanda hansı klubda oynamaq sənin üçün maraqlıdır?

Məncə daha böyük xəyallar qurmalısan. Təbii ki, hadisələrin belə inkişafını təsəvvür edə bilərəm. Azərbaycanda klublar arasında heç bir ayrıseçkilik yoxdur.

- Azərbaycanın U-21 yığmasına dəvət ediləcəksən. Artıq məşqçilər korpusu səninlə danışıb? Hansısa həyəcan var?

- Məşqçilər korpusu ilə ünsiyyət hələ qabaqdadır. Təbii ki, milliyə dəvət edilmək xüsusi hissdir. Bu, mənim üçün yaxşı təcrübədir. Özümü ən yaxşı tərəfdən göstərmək istəyirəm.

- Özünü Azərbaycanın A millisində də təsəvvür edirsən? Əsas məqsədin budur?

- Bəli, özümü millinin forması ilə təsəvvür edirəm. Amma karyeramın necə olacağını kim bilir ki? Əsas məqsəd ən yüksək səviyyədə oynamaqdır. Zaman hər şeyi göstərəcək.

Mirbağırağa

Xəbər xətti