Fernandu Santuş bu tarixdə millinin heyətini açıqlayacaq

15:38 - 20 May 2025

Mayın 23-də, saat 16:00-da AFFA-nın inzibati binasında Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuşun mətbuat konfransı keçiriləcək.

Sportal.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuatı xidməti məlumat yayıb.

Mətbuat konfransında millimizin yoldaşlıq görüşü çərçivəsində iyunun 7-də Riqada yerləşən “Skonto” stadionunda Latviya və iyunun 10-da “Liv Bona Dea Arena”da Macarıstan yığması ilə oyunlar üçün heyəti açıqlanacaq.

Bütün media nümayəndələri dəvətlidir.

Xəbər xətti