"Turan Tovuz"un legioneri Rusiya klubuna geri qayıtdı

18:22 - 6 İyun 2025

“Turan-Tovuz”un rusiyalı yarımmüdafiəçi Anton Kraçkovski ilə yollarını ayırıb.

Sportal.az xəbər verir ki, Rusiyanın “Sport-Express” nəşri 22 yaşlı yarımmüdafiəçinin icarədən “Dinamo”ya(Mahaçqala) geri qayıtdığını qeyd edib.

Kraçkovski qışda “Turan Tovuz”a keçmişdi. O, məşqçilər korpusunun ümidlərini doğrulda bilməmişdi.

Uğurlu performans göstərəcəyi təqdirdə, onun müqavilə müddəti 1 illik artırılacaqdı.

Xəbər xətti