“Real”ın (Madrid) hücumçusu Vinisius Junior Klublararası dünya çempionatı çərçivəsində "Əl-Hilal"a qarşı keçiriləcək oyun haqda danışıb.
Sportal.az “Marca”ya istinadən xəbər verir ki, braziliyalı ABŞ-da hava şəraitini dəyərləndirib:
"Bura çox istidir. “Əl-Hilal”la ilk oyunumuz günorta saat 15:00-da olacaq. Yaxşı hazırlaşmalıyıq, çünki çətin oyun bizi gözləyir. Mən ABŞ-a dünən axşam gəlmişəm. Çox xoşbəxtəm və qrafikə, istiyə, havaya, hər şeyə uyğunlaşmağa hazıram".
Daha əvvəl Vinisiusun Madrid klubu ilə müqavilə müddətinin 2030-cu ilə qədər artırılacağı bildirilirdi. Əlavə edək ki, “Real” iyunun 18-də “Əl-Hilal”la qarşılaşacaq.
saytlarin hazirlanmasi