La Liqa klubu Moleyronu rəsmən transfer etdi

00:01 - 18 İyun 2025

“Vilyarreal” Alberto Moleyronu transfer edib.

Sportal.az xəbər verir ki, klubun mətbuat xidmətinin məlumatına görə, cinah oyunçusu Çempionlar Liqasına qayıdan komanda ilə 5 illik müqavilə imzalayıb.

“Las-Palmas” bu transferdən 16 milyon avro gəlir əldə edəcək, əlavə 2 milyon avro isə bonuslar şəklində nəzərdə tutulub.

Qeyd edək ki, 2024/25 mövsümündə Moleyro 35 oyunda iştirak edib və 6 qol vurub.

Xəbər xətti