Premyer Liqa klubunda yeni müqavilə

19:55 - 2 İyul 2025

İngiltərənin "Everton" klubunda yeni müqavilə qeydə alınıb.

Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Cerred Brantueytin sözləşməsinin müddətini uzadıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İngiltərə U-21 millisinin üzvü ilə 2030-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Cerred Brantueyt 2020-ci ilin yanvar ayından "Everton"da çıxış edir. 23 yaşlı mərkəz müdafiəçisi ötən mövsüm komandanın heyətində meydana çıxdığı 33 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.

Xəbər xətti