"Arsenal" İspaniya millisinin üzvünü transfer etdi

16:22 - 6 İyul 2025

"Arsenal" növbəti transferini reallaşdırıb.

Sportal.az xəbər verr ki, London təmsilçisi "Real Sosyedad"dan Martin Zubimendini heyətinə qatıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Topçular" ispan üçün qarşı tərəfə 65 milyon avro təzminat ödəyib.

26 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb.

Xəbər xətti