"4 ildir klub iqtisadi böhranın arxada qaldığını iddia edir, amma reallıq başqadır"

23:02 - 6 İyul 2025

Viktor Font Niko Uilyamsın transferinin baş tutmaması və “Barselona”dakı vəziyyət barədə fikirlərini bildirib. Qeyd edək ki, 22 yaşlı vinger daha əvvəl “Atletik”lə müqaviləsini 2035-ci ilə qədər uzadıb.

Sportal.az xəbər verir ki, “Barselona”nın keçmiş prezidentliyə namizədi Viktor Font yazılı şəkildə ifadə edərək bunları qeyd edib:

“Barselona” dünyanın ən yaxşı klubudur və Niko Uilyamssız da belə qalacaq. Ancaq Niko ilə bağlı vəziyyət bizi aynaya baxmağa məcbur edir. Artıq dördüncü yaydır ki, klub iqtisadi böhranın arxada qaldığını iddia edir, amma reallıq başqadır. Biz hələ də istədiyimiz futbolçuları qeydiyyatdan keçirə biləcəyikmi, bunu belə bilmirik.

La Masiya akademiyasından çıxmış möhtəşəm bir nəslimiz var. Yalnız düzgün idarəetmə və improvizasiya olmadan bu nəslin hesabına ən güclü komandanı qurmaq mümkündür. Klubda baş verənlərə daha çox nəzarət lazımdır ki, yalan ümidlər yaradılmasın və “Barselona”nın imicinə və nüfuzuna zərər vurulmasın”.

Xəbər xətti