Premyer Liqa klubu "Çelye"nin sabiq qapıçısını transfer edir

18:54 - 11 İyul 2025

“Kəpəz” heyətini daha bir futbolçu ilə gücləndirmək üzrədir.

Sportal.az İdmanxeber.az-a istinadən xəbər verir ki, Gəncə klubu sloveniyalı qapıçı gətirir. “Sarı-göylər” bir müddətdir “Koper”də çıxış edən Metod Yurxarla danışıq aparır. Tərəflərin anlaşmağa yaxın olduğu bildirilir.

27 yaşlı qolkiper karyerası ərzində ölkəsinin “Koper” və “Çelye” klublarının formasını geyinib. O, bu günə qədər Sloveniyada keçirdiyi 100 oyunda 122 qol buraxıb, 31 matçda qapısını toxunulmaz saxlayıb.

Futbolçu bir dönəm Sloveniya U-21 millisinin də üzvü olub. Onun “Koper”lə 2027-ci ilə qədər sözləşməsi olsa da, futbolçunun müqaviləsini pozub “Kəpəz”ə gəlməsi gözlənilir.

Xəbər xətti