"Qarabağ" "Tvente"yə ilk oyunda qalib gəldi

19:10 - 11 İyul 2025

Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" ikinci yoxlama oyununa çıxıb.

Sportal.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Niderlandın "Tvente" klubu ilə üzə-üzə gəlib. Qarşılaşma Azərbaycan çempionunun 3:2 hesablı qələbəsi ilə başa çatıb.

"Qarabağ"ın heyətində Abdullah Zubir 2 dəfə fərqlənib. Digər qolu isə Leandro Andrade vurub.

Qeyd edək ki, bu gün "Qarabağ"la "Tvente" arasında daha bir matç keçiriləcək.

Xəbər xətti