Türkiyədə təlim-məşq toplanışında olan "Araz-Naxçıvan" bu gün ikinci yoxlama oyununa çıxıb.
Sportal.az xəbər verir ki, Elmar Baxşıyevin rəhbərlik etdiyi kollektiv Super Liqa təmsilçisi "Alanyaspor"la qarşılaşıb. Matc qolsuz bərabərliklə yekunlaşıb.
"Araz-Naxçıvan" Ərzurumda keçirdiyi ilk görüşdə "Bayburtspor"a 14:0 hesabı ilə qalib gəlib. Komanda iyulun 17-də isə "Trabzonspor"la üz-üzə gələcək.
saytlarin hazirlanmasi