"Fənərbaxça"nın sabiq futbolçusu İstanbula qayıtdı - RƏSMİ

21:21 - 11 İyul 2025

"Fənərbaxça"nın sabiq futbolçusu Atilla Salai yenidən Türkiyə Super Liqasında çıxış edəcək.

Sportal.az xəbər verir ki, "Kasımpaşa" "Hoffenhaym"ın macarıstanlı mərkəz müdafiəçisini icarəyə götürüb. Bu barədə İstanbul klubunun mətbuat xidməti məlumat yayıb.

27 yaşlı müdafiəçi 2025/2026 mövsümünü Super Liqa təmsilçisinin heyətində keçirəcək.

Qeyd edək ki, "Hoffenhaym" Atilla Salaini 2023-cü ilin yayında "Fənərbaxça"dan transfer edib. Macarıstan millisinin üzvü ötən mövsümün ikinci yarısında icarə əsasında Belçikanın "Standard" klubunun formasını geyinib.

Xəbər xətti