"Çelsi" hücumçusu üçün 100 milyon funt-sterlinq qiymət qoydu

00:41 - 12 İyul 2025

"Çelsi" Nikola Cekson üçün yüksək məbləğ almaq istəyir.

Sportal.az xəbər verir ki, "Daily Mail"in məlumatına görə, "Milan"ın marağı fonunda London klubu 24 yaşlı hücumçunu 100 milyon funt-sterlinqə qiymətləndirir. Bu, "zadəganlar"ın daha güclü hücumçu axtarışına baxmayaraq, futbolçunu satmağa tələsmədiyini göstərir.

Qeyd edək ki, "Çelsi" Ceksonu iki il əvvəl "Vilyarreal"dan 32 milyon funt-sterlinqə transfer etmişdi. Ötən mövsüm Premyer Liqada Cekson 30 oyunda 10 qol vurub.

Xəbər xətti